Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə

16:25 25 İyul 2026

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

ADY-dən Sitat.info-ya verilən məlumata görə, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.



Xəbər xətti