İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşüb.
Sitat.info xəbər verir ki, səfər Trampın dəvəti əsasında baş tutur.
Görüş zamanı iki liderin ABŞ və İsraili narahat edən əsas regional və beynəlxalq məsələləri, eləcə də təhlükəsizlik gündəmini müzakirə edəcəyi gözlənilir.
Səfər Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarının qüvvədə qaldığı bir dövrə təsadüf edir. BCM 2024-cü ilin noyabrında İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar zamanı insanlığa qarşı cinayətlər törədilməsi iddiaları ilə əlaqədar Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarmışdı. İsrail isə bu ittihamları rədd edir.
Aytac,
Sitat.info