"Ahbap"a görə Mahsun Kırmızıgül və Gülben Ergen də ifadəyə çağırıldı

11:36 27 İyul 2026

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun apardığı "Ahbaplar Cinayət Təşkilatı" istintaqı çərçivəsində bir sıra tanınmış şəxslər ifadə verməyə çağırılıb.

Sitat.info xəbər verir ki, ifadəyə çağırılanlar arasında jurnalist Uğur Dündar, sənətçi və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu və rok ifaçısı Hayko Cepkin var.

Türkiyə mediasının məlumatına görə, onların istintaq çərçivəsində ifadələrinin alınması planlaşdırılır.

Prokurorluq hələlik tanınmış şəxslərin hansı statusda – şahid və ya başqa prosessual qismdə ifadəyə çağırıldığı barədə əlavə məlumat açıqlamayıb.

Seymur,

Sitat.info



Xəbər xətti