“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

17:00 27 İyul 2026

“Blok3” adı ilə tanınan türkiyəli müğənni Hakan Aydına sui-qəsd edilib.

Sitat.info “Milliyet”ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan yeddi nəfərin telefonları araşdırılarkən müğənniyə hücum hazırladıqları ortaya çıxıb.

Məlumata görə, araşdırma zamanı şübhəlilərin telefonlarında “Blok” adlı qrup yaratdıqları və Hakan Aydının qaldığı hotellər, maşınlar və digər məlumatları paylaşdıqları məlum olub.

Onlar ittihamları rədd etsələr də, məhkəmə qarşısına çıxarıldıqdan sonra həbs ediliblər.




Xəbər xətti