İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi

18:13 27 İyul 2026

Braziliya milli komandasının və “Santos”un ulduz hücumçusu Neymar qalmaqallı addımı ilə yenidən gündəmə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Braziliya A Seriyasının “Şapekoense” ilə matçından sonra baza ərazisində səhər yeməyi yeyən və bir neçə foto çəkdirən təcrübəli futbolçu icazəsiz şəkildə oradan ayrılıb. O, komandanın bərpa məşqinin nəzərdə tutulmasına baxmayaraq, bazanı özbaşına tərk edib. Həmçinin bildirilir ki, Neymar matçın fasiləsində komandanın gənc futbolçularını təhqir edib.

Xatırladaq ki, bir qədər əvvəl Neymar poker turnirində iştirak etdiyinə görə ünvanına səslənən tənqidlərə sərt cavab vermişdi.

///Qafqazinfo



Xəbər xətti