“Mercedes” yük maşını ilə toqquşdu - Ölən var

18:38 27 İyul 2026

Qubada ağır yol qəzası olub.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Quba–Qusar avtomobil yolunda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti