Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə ediblər.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.
N.Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının müddəalarına ziddir. O, həmçinin bu məsələlərin həlli üçün tədbirlər görməyə çağırıb.