Bu gün "Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "KuPS"la keçirəcəyi matç canlı yayımlanacaq.
Sitat.info xəbər verir ki, oyun "İctimai TV" vasitəsilə efirə gedəcək.
Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.