Üzeyir Abas bu paylaşımına görə saxlanılıb - FOTO

13:56 28 İyul 2026

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə dini inancları təhqir edən Üzeyir Abas adlı sosial şəbəkə istifadəçisi polis tərəfindən saxlanılıb.

Sitat.info xəbər verir ki, özünü yazıçı-publisist kimi təqdim edən Üzeyir Abas iyulun 25-də feysbuk hesabında inanclı şəxslərin heysiyyatına toxunan paylaşım edib. 

Belə ki, o, süni intellektlə hazırladığı fotoda özünü və hicablı bir gənc qızı yerləşdirərək əxlaqa zidd ifadələr yazıb. Yüzlərlə istifadəçi onu bu paylaşımına görə sərt tənqid edib.

Hazırda 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. 

Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi. Son paylaşımı isə daha çox narazılıq yaradıb. 

 Səid,

Sitat.info

 




Xəbər xətti