Millimiz Portuqaliyanı məğlub etdi

15:13 28 İyul 2026

Bu gün oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib. 

Sitat.info xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbə qazanıb.Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, yığmamız qrupda sonuncu oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.



Xəbər xətti