Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto

15:26 28 İyul 2026

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.

Sitat.info Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı direktorun ərizəsi alınıb.

Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.

Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmayıb.

TƏBİB-dən isə bildirilib ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.

Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.

Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.




Xəbər xətti