Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."

16:00 28 İyul 2026

Türkiyə Prezidenti Rəcəb Tayypb Ərdoğan "Ahbap" cəmiyyəti və Haluk Levent haqda danışıb.
 
 
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan onların zəlzələdən şəxsi maraqları üçün istifadə etdiklərini deyib: 
 
"Bu onların 6 fevral zəlzələsi zamanı dövlətə və millətə qarşı necə oyunların qurulduğunu hamımıza çox aydın şəkildə göstərir. Bu, tərbiyəsiz şəxslərin kənardan necə boşboğazlıq etdiklərini üzə çıxarır. Kimin kiminlə necə əyri münasibətlər içində olduğunu ifşa edir. Zəlzələdən sui-istifadə edərək siyasi və iqtisadi fürsətçiliklə məşğul olanlar indi qanun qarşısında cavab verirlər".
 



Xəbər xətti