"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?

16:13 28 İyul 2026

Bu gün Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi "Sabah" komandası Finlandiyada "KuPS" ilə qarşılaşacaq.
 
Sitat.info xəbər verir ki,  matç Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək. Oyunu İsraildən olan FIFA referisi Qal Leyboviç idarə edəcək.
 
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
 
Matç saat 19:00-da başlayacaq və İctimai TV-də canlı yayımlanacaq. 
 
Sabah” "KuPS” səddini aşacağı təqdirdə tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni rəsmiləşdirəcək (ən azından Konfrans liqası) və "Neftçi”, "Qarabağ” ilə "Qəbələ”dən sonra bu uğura imza atan 4-cü klubumuz kimi futbol tariximizə düşəcək.



Xəbər xətti