Zidan rəsmən Fransa millisində

16:51 28 İyul 2026

 

Dünya və Avropa çempionu, “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyin edilib. 

Sitat.info xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) Mətbuat xidməti məlumat yayıb. 

Zidan Fransa millisinin baş məşqçisi vəzifəsinin icrasına avqustun 1-dən başlayacaq. Onunla 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, son 14 ildə Fransa seçməsini Didye Deşam çalışdırıb.

 

 
 
 



Xəbər xətti