Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminin avqustun 10-dan sonra başlanacağı gözlənilir.
Sitat.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
"Adətən ixtisas seçimi imtahan nəticələri tam elan olunduqdan, avqustun 10-dan sonra başlayır", - o bildirib.