Senat Rusiyaya sanksiyalara “yaşıl işıq” yandırdı

14:16 29 İyul 2026

ABŞ Senatı Rusiyaya qarşı yeni sərt sanksiyaları dəstəkləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“ABŞ Senatı Lindsi Qrehemin Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini 86 lehinə, 12 əleyhinə səslə dəstəkləyib. Sənəd yalnız Moskvaya qarşı deyil, həm də Rusiya nefti, qazı və digər enerji resurslarını almağa davam edən ölkə və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur”, - məlumatda deyilib.



Xəbər xətti