Bakının bu yerlərində evlər OD QİYMƏTİNƏ OLACAQ - Açıqlama

14:46 29 İyul 2026

"Bildiyiniz kimi, həm təhsil almaq, həm də iş imkanlarından yararlanmaq məqsədilə regionlardan Bakı şəhərinə axın hər il artır. Bu da tələbi yüksəldir və nəticədə daşınmaz əmlakın qiymətlərinə təsir göstərir. Həmçinin, ən çox alınıb-satılan mənzillər əsasən Səbail, Xətai, Nərimanov, Nəsimi və Yasamal rayonunun mərkəzə yaxın hissələrində yerləşir. Bu ərazilərdə inkişaf etmiş infrastruktur və yüksək nəqliyyat əlçatanlığı səbəbindən alıcılar daha çox həmin istiqamətlərə üstünlük verirlər. Bu da təbbi ki, mənzillərin bahalaşması ilə nəticələnir".

Bu sözləri "Sitat.info"ya açıqlamasında Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin sədri Vüqar Məmmədov deyib.

 

O bilirib ki, paytaxtın digər ərazilərində də əmlak qiymətlətləri daha yüksək templə artacaq:

Bizi 500 min abunəçisi olan Tiktok səhifəmizdə də izləyin...

@sitat.info

"Eyni zamanda hesab edirəm ki, gələcəkdə Nizami və Binəqədi rayonlarında da daşınmaz əmlak qiymətlərinin daha yüksək templə artacağını proqnozlaşdırmaq olar. Hazırda isə bazarda əsas aktivlik Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında müşahidə olunur.

Hazırda yeni tikililərdə mənzillərin bir kvadratmetrinin qiyməti bəzi layihələrdə 18-19 min manata qədər təklif olunur. Köhnə tikililərdə isə ən yüksək qiymətlər təxminən 7-8 min manat səviyyəsindədir. Bildiyiniz kimi Bakı Şəhərinin 2040-cı il Baş Planı çərçivəsində həyata keçirilən tədbirlər davam edir. Köhnə, qəzalı və istismar müddətini başa vurmuş binalar sökülür, onların yerində abadlıq işləri aparılır, parklar salınır və ya yeni yaşayış binaları inşa edilir. Bu proses davam etdikcə qiymət artımı da qaçılmaz olacaq.

Vüqar Oruc: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından keçirilən  konfrans legitim deyil”

Qiymətlərin artımı hələ yekunlaşmayıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq müşahidə edirik ki, hər ay, az da olsa, qiymət artımı davam edir və bu prosesin 2026-cı ilin sonuna, hətta 2027-ci ildə də davam edəcəyi gözlənilir.

Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonrakı ilk üç ildə bazarda kəskin qiymət bumu yaşandı. Hazırkı vəziyyəti həmin dövrlə müqayisə etsək, qiymət artımının tempi müəyyən qədər zəifləyib. Yəni əvvəlki qədər sürətli artım müşahidə olunmur. Buna baxmayaraq, daşınmaz əmlak bazarı hələ də artım meylini qoruyur və fors-major xarakterli hər hansı hadisə baş verməzsə, bu tendensiyanın uzun müddət davam edəcəyi gözlənilir".

Aytac,

Sitat.info



Xəbər xətti