“Ermənistanla bağlı məsələ öz həllini tapmasa...”

17:24 29 İyul 2026

 

“Ermənistanla bağlı məsələ öz həllini tapmasa, bu, Avrasiya İqtisadi İttifaqının (Aİİ) sonunun başlanğıcı olacaq”. 

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib. 

“Bu vəziyyət göstərir ki, Aİİ hazırda iflic vəziyyətindədir və işləmir”, - hökumət başçısı bildirib.

Ermənistanın Aİİ-dən çıxmağı nəzərdən keçirib-keçirmədiyinə dair sualı cavablandırarkən, o, belə bir planlarının olmadığını söyləyib. 

Paşinyan bu mövzunu son telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə etdiyini qeyd edib:

“Ermənistanın özü üçün alternativlər formalaşdırmağa legitim hüququ var. Mən Rusiya prezidentinə dedim ki, biz bu yolu elan etmişik və bu yolla gedəcəyik, xüsusilə indi, Ermənistan xalqı bunun lehinə səs verəndən sonra. Hər zaman və bütün məsələlərdə alternativlərimiz olmalıdır. Alternativsizlik dövrü bitib”.

 

 
 
 



Xəbər xətti