Rövşən Sadıqbəylinin vəzifəsi dəyişdirildi - Sərəncam

20:00 29 İyul 2026

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

 

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər bir Sərəncamla, Rövşən Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.



Xəbər xətti