Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı avtomobildə olan eyni ailənin üzvləri — Zaqatala şəhər sakinləri 1991-ci il təvəllüdlü Vasif Hacımurad oğlu Sultanov, 1985-ci il təvəllüdlü Səfa Səlim qızı Sultanova, 2017-ci il təvəllüdlü Ömər Vasif oğlu Sultanov və 2013-cü il təvəllüdlü Ayşə Vasif qızı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətlərinin yüngül olduğu müəyyən edilib və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
///Qafqazinfo