Amazon meşələrinin altında yüzlərlə gizli yaşayış məskəni aşkarlandı

09:10 30 İyul 2026

Amazon meşələrinin altında aparılan yeni LIDAR araşdırması nəticəsində qədim Aquiry sivilizasiyasına aid yüzlərlə gizli tikili aşkar edilib.

Sitat.info xəbər verir ki, tədqiqat zamanı 396-sı ilk dəfə olmaqla ümumilikdə 432 torpaq quruluşu müəyyən edilib.

Alimlər hesab edirlər ki, bu sivilizasiya eramızın təxminən 200-cü illərində çox geniş əraziyə yayılıb və burada 1,2–3 milyon insan yaşamış ola bilər. Tapıntılar göstərir ki, Amazon əvvəllər düşünüldüyü kimi toxunulmamış meşə deyil, qədim insanların yaşayış məskənləri, əkin sahələri və idarə olunan meşələrdən ibarət olub.

Aquiry sivilizasiyasının eramızın 850-ci illərində niyə yoxa çıxması isə hələ də araşdırılır.

Nigar,

Sitat.info



Xəbər xətti