Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi

12:54 30 İyul 2026

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Biz bazar günü (2 avqust - red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir", - o bildirib.

Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir:

"Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək".

Qeyd edək ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın təmsil etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ qazanıb.



Xəbər xətti