Bu gün “Zirə” ilə “Neftçi”nin oyunu var

14:24 30 İyul 2026

Bu gün Azərbaycanın avrokuboklardakı daha üç təmsilçisi 2-ci təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

“Sitat.info” xəbər verir ki, “Zirə” ilə “Neftçi” Konfrans Liqasında meydana çıxacaq.

Estoniyada “Payde”yə minimal hesabla uduzmuş “Zirə” Sumqayıtdakı cavab görüşündə revanş almağa və mərhələ adlamağa çalışacaq.

Evdəki ilk oyunda Belarusun “Dinamo” (Minsk) komandasına 2:4 hesabıyla uduzan “Neftçi” Bolqarıstanda baş tutacaq cavab görüşündə çox çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

30 iyul

20:00. “Zirə” – “Payde”

Baş hakim: Patrik Kolariç (Xorvatiya).

Sumqayıt şəhər stadionu.

21:00. “Dinamo” (Minsk) – “Neftçi”

Baş hakim: Tim Marşall (Şimali İrlandiya).

Beroe şəhər stadionu.



Xəbər xətti