Avropada silahlanmaya qarşı səslər ucalır: İtaliya müxalifəti etiraz etdi

15:20 30 İyul 2026

İtaliyanın Yaşıllar və Sol Alyans Partiyasının lideri Nikola Fratoyanni Avropada yenidən silahlanma siyasətinin təhlükəsizliyi artırmayacağını bildirib.

Sitat.info xəbər verir ki, Onun sözlərinə görə, tarix göstərir ki, silahlanma yarışı münaqişələrin və qeyri-sabitliyin artmasına səbəb olur. Fratoyanni qeyd edib ki, İtaliyada səhiyyə, təhsil və əməkhaqlarının artırılması üçün vəsait çatışmadığı halda, hökumətin müdafiə xərclərini artırması düzgün addım deyil.

Siyasətçi NATO-nun növbəti 10 il ərzində hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyini də tənqid edərək bunu həm iqtisadi, həm də siyasi baxımdan yanlış siyasət adlandırıb.

İtaliya hökuməti bu məqsədlə Avropa İttifaqının SAFE hərbi maliyyələşdirmə proqramından istifadə etməyi planlaşdırır. Lakin yerli KİV-lərin məlumatına görə, bu məsələ ilə bağlı hakim koalisiya daxilində fikir ayrılığı mövcuddur.

Aytac,

Sitat.info 



Xəbər xətti