Baş nazirdən Kərim Kərimovla bağlı - Qərar

17:40 30 İyul 2026

 

Kosmonavt, general-leytenant Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Kərim Abbasəli oğlu Kərimovun Bakı şəhərində yaşadığı binaya (Zərgərpalan küçəsi, 16) xatirə lövhəsinin vurulmasını təmin etməlidir.

 

 
 
 



Xəbər xətti