Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

19:23 30 İyul 2026

Azərbaycan  Prezidenti İlham Əliyev bu gün Qırğız Respublikasına dövlət səfərinə gedib.

Sitat.info xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.




Xəbər xətti