Mədəniyyət hüququ üzrə ilk doktorantura ixtisası təsdiqləndi

20:15 30 İyul 2026

“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib:Ədalət mühakiməsi hüququ;

Hava hüququ və hava məkanının təhlükəsizliyi;

Mədəniyyət hüququ.

Qeyd edək ki, doktorantura səviyyəsində ixtisasların təsnifatına “Mədəniyyət hüququ” ixtisasının əlavə edilməsi mədəniyyət sahəsində hüquqi tədqiqatların inkişafına, sahələrarası əməkdaşlığın genişlənməsinə və yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına yeni imkanlar yaradacaq.



Xəbər xətti