"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edirik”.
Bildikrilib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycanın qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib.
"Apelyasiya instansiyasının qərarı da Azərbaycanın qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir.
Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırırıq”, - deyə qeyd edilib.