Bakıda 35 milyonluq park salınır

22:58 30 İyul 2026

Bakıda 35 milyonluq park salınır

Bakının Nəsimi rayonunda salınacaq yeni istirahət parkının tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.

 

Referans Media-nın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, park 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinədək uzanan 12 hektar ərazidə salınacaq.

 

Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-si layihə üzrə hazırlıq işlərini başa çatdırıb. Parkın salınması işlərinin icrası "Xezer-Construction" MMC-yə həvalə olunub və tərəflər arasında müvafiq müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən, şirkət yeni istirahət parkının salınması işlərini 35,2 milyon manat məbləğində vəsait hesabına həyata keçirəcək.

 

Qeyd edək ki, 2025-ci ilin iyun ayında parkın layihə-smeta sənədlərinin hazırlanması "Az.Arxitektura" şirkətinə həvalə edilmişdi. Bu məqsədlə bağlanmış müqavilənin dəyəri 2 milyon 387 min 833,84 manat təşkil edib. Layihə-smeta sənədləri də məhz həmin 12 hektarlıq ərazi üçün hazırlanıb./modern.az



Xəbər xətti