Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) kritik infrastrukturuna hücumlarının davam etməsi ciddi radiasiya çirklənməsinə səbəb ola bilər.
Sitat.info xəbər verir ki, bu barədə Krım rəhbərinin müşaviri Renat Karçaa TASS-a bildirib.
Onun sözlərinə görə, işlənmiş nüvə yanacağının saxlanıldığı anbar zədələnərsə, radioaktiv maddələrin yayılması təkcə Zaporojye, Rusiya və Ukraynanın bəzi bölgələrini deyil, Şərqi Avropanın bir sıra ölkələrini də əhatə edə bilər.
Karçaa bildirib ki, radiasiyanın yayılma miqyası dağıntının səviyyəsi, havaya buraxılan radioaktiv maddələrin həcmi və küləyin istiqaməti kimi amillərdən asılı olacaq.
Qeyd edək ki, Zaporojye AES bu gün Ukrayna Silahlı Qüvvələrinin işlənmiş nüvə yanacağı anbarı yaxınlığını döyüş başlıqlı pilotsuz uçuş aparatı ilə hədəfə aldığını, dronun isə zərərsizləşdirildiyini açıqlayıb.
Nigar,
Sitat.info