Samir Şərifova vəzifə verildi

17:34 31 İyul 2026

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən müvafiq qərar qəbul olunub. Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın yeni tərkibi təsdiqlənib. Komissiyaya rəhbərlik Baş nazirin müavini Samir Şərifov tərəfindən həyata keçiriləcək. Mərkəzi Komissiya ölkədə əhalinin siyahıyaalınmasının təşkili, əlaqələndirilməsi və bu prosesə zəruri dəstəyin təmin olunması istiqamətində fəaliyyət göstərəcək.



Xəbər xətti