Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində ölüb.
Qəza zamanı onun oğlu, 1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, həmçinin 1988-ci il təvəllüdlü Həsənov Həsən Əbilqasım oğlu və 1979-cu il təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır xəsarət alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.