15 yaşlı azərbaycanlı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Rusiya Fedarasiyası Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib.
Əslən Zaqatalanın Əliabad qəsəbəsindən olan 15 yaşlı Emil Rauli oğlu Ramazanov yaşadığı ünvanda elektrik cəryanı vurması səbəbindən həyatını itirib.