"Qalatasaray" axtardığı "10 nömrə"ni tapdı - Dünya ulduzu gələ bilər

19:26 1 Avqust 2026

Türkiyənin "Qalatasaray" klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. İstanbul təmsilçisinin əsas hədəflərindən biri "10 nömrə"  mövqeyini gücləndirməkdir.
 
Sitat.info xəbər xəbər verir ki, baş məşqçi Okan Burukun təqdim etdiyi siyahıya uyğun olaraq klub bu mövqe üçün yeni namizəd müəyyənləşdirib.
 
Belçika mətbuatının yaydığı xəbərə əsasən, "Qalatasaray" İtaliyanın "Napoli" klubundan ayrılmağa hazırlaşan Kevin De Bruyneni transfer etmək üçün danışıqlara başlayıb.
 
Xəbərdə bildirilir ki, 35 yaşlı belçikalı futbolçu Neapol klubundan ayrılmaq qərarı verib və bu məqsədlə menecerinə tam səlahiyyət verib.
 
Kevin De Bruyne ötən mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 21 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.



Xəbər xətti