Belarusla yeganə sərhəd-keçid məntəqəsini bağladılar

20:13 1 Avqust 2026

Latviya Belarusla yeganə fəaliyyət göstərən sərhəd-keçid məntəqəsinin müvəqqəti bağlandığını açıqlayıb.

Sitat.info-nun məlumatına görə, Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib ki, Belarusla sərhəd texniki səbəblərə görə bağlanıb.

Nazir hələ Latviyaya qayıtmayan vətəndaşlara alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.

Hazırda Paternieki sərhəd-keçid məntəqəsi iki ölkə arasında fəaliyyət göstərən yeganə keçid idi. Latviya hökuməti daha əvvəl, 2023-cü ildə Belarusdan yönləndirilən qanunsuz miqrasiya axınını əsas gətirərək, Silene sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmışdı.



Xəbər xətti