İsrail bu ölkəyə fosfor bombaları ilə hücuma keçdi

11:40 3 Avqust 2026

Livanın rəsmi Milli Xəbər Agentliyİ İsrail qüvvələrini ölkənin cənub bölgələrində fosfor bombalarından istifadə etməkdə ittiham edib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri Yaroun və Arnoun yaşayış məntəqələrində, eləcə də Nəbatiyyə qubernatorluğunun Bint Cbeil rayonundakı zeytun və şam bağlarını fosfor sursatları ilə hədəfə alıb.

Məlumata əsasən, hücumlar nəticəsində genişmiqyaslı yanğınlar baş verib və əkin sahələrinə ciddi ziyan dəyib.

Bununla yanaşı, agentlik İsrail ordusunun Nəbatiyyə yaxınlığında yerləşən Əli əl-Taher təpəsinə iki raket zərbəsi endirdiyini də bildirib.

Qeyd edilir ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Tir şəhəri yaxınlığındakı Beyt əl-Səyyad yaşayış məntəqəsinə elektroşoker qumbarası atıb.

İsrail tərəfi isə xəbərlə bağlı hələlik rəsmi açıqlama verməyib. 

Aytac,

Sitat.info

 



Xəbər xətti