Tanınmış jurnalistə ağır itki: Bacısı və qardaşı dənizdə batdı

15:38 3 Avqust 2026

Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb.
 
Sitat.info xitab24.az-a istinadla xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.
 
Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.
 



Xəbər xətti