Moldova Prezidenti Maya Sandu Ukrayna Prezidenti Vladimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevdən hədiyyələr alıb.
Sitat.info xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.
Məlumata görə, Kiyevə səfərlərindən biri zamanı Sandu Zelenskidən ukraynalı modelyer Aleksandra Teliyenkonun əli ilə parçadan hazırladığı “Kazak barokkosu” dəsmalı hədiyyə alıb:
“Hədiyyənin dəyəri 16,5 min ley (təxminən 1 600 manatdan bir qədər çox) təşkil edir. Ən bahalı hədiyyə Tokayev tərəfindən 24 mayda Sandunun ad günü münasibətilə təqdim edilib. Satti kolleksiyasından olan sarı qızıl boyunbağının qiyməti 20,5 min ley (təxminən 2 min manat) təşkil edir. Paşinyan isə Sanduya gümüş qabda yerləşdirilmiş “Ermənistan ətri” adlı şam hədiyyə edib”.