Xırdalanda ər və arvad bir-birini bıçaqladı - ikisi də öldü

16:00 3 Avqust 2026

Abşeronda dəhşətli cinayət törədilib.

Sitat.info lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb.

Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Report isə ər və arvadın bir-birini bıçaqladığını və hər ikisinin öldüyünü yazıb.

Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır



Xəbər xətti