İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində uçan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Sitat.info xəbər verir ki, bu barədə SEPAH-a məxsus “SEPAH Nyus” agentliyi məlumat yayıb.
PUA-nın hansı ölkəyə məxsus olduğu açıqlanmasa da, “MQ-9 Reaper” tipli aparatların əsasən ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edildiyi qeyd olunub.