Müəllim olmaq istəyənlərin nəzərinə: Seçim başlayır

16:23 3 Avqust 2026

Avqustun 5-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
 
Sitat.info xəbər verir ki, ilk mərhələdə vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim olunacaq.
 
Namizədlər elektron ərizə forması vasitəsilə maksimum 8 vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədlərin seçdikləri ardıcıllıq nəzərə alınmaqla həyata keçiriləcək.
 
Qeyd olunub ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcəklər.
 
Bundan sonrakı mərhələlərdə faktiki yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Həmin mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.
 
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək.



Xəbər xətti