Bakıda yük avtomobili yandı

17:00 3 Avqust 2026

Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verib.

Sitat.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub. 

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. 

Xəsarət alan olmayıb.



Xəbər xətti