İki kəndi Qırğızıstana verdilər - 2500 nəfər vətəndaşlığını dəyişəcək

17:24 3 Avqust 2026

Özbəkistanda dövlət sərhədinin demarkasiyasının nəticələrinə əsasən, Çon-Qara və Taş-Tobo kəndlərinin Qırğızıstana verilməsi proseduruna başlanılıb. 

Sitat.info “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əvəzində Qırğızıstandan Özbəkistana sahəcə bərabər olan sərhədyanı ərazi veriləcək.

Məlumata görə, Çon-Qara və Taş-Tobo kəndlərində təxminən 2500 nəfər etnik qırğız yaşayır. Həmin şəxslər Qırğızıstan vətəndaşlığı almalı olacaq.

Qeyd edək ki, Qırğızıstan və Özbəkistan 2023-cü ilin yanvarında dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırıblar.

///Qafqazinfo



Xəbər xətti