Qəzzada ölənlərin sayı ilə bağlı son rəqəm açıqlandı

19:29 3 Avqust 2026

İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbələri zamanı ağır yaralanan fələstinli gənc aldığı xəsarətlərdən həyatını itirib.

Sitat.az xəbər verir ki, ələstinin "WAFA" agentliyinin məlumatına görə, Səid Əhməd Əl-Bətş təxminən bir ay əvvəl Qəzza şəhərinə edilən bombardman zamanı yaralanmışdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzzanın Səhiyyə Nazirliyinin açıqladığı son statistikaya əsasən, 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 73 375 nəfər həlak olub, 174 220 nəfər isə yaralanıb. Nazirlik dağıntılar altında hələ də çoxlu sayda insanın qaldığını və qurbanların sayının artmaqda davam etdiyini bildirib.



Xəbər xətti