Türk gəmisi vuruldu - Təcili

23:12 3 Avqust 2026

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və meyvə-tərəvəzlə yüklənmiş konteynerlər daşıyan “Nadejda” gəmisi Ukrayna dronu ilə vurulub.

Sitat.info xəbər verir ki, gəminin ekipaj üzvləri Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir.

Türkiyənin “Kalyoncu” fırmasına məxsus gəmi başqa bir ölkənin bayrağı altında üzür.

Gəmi Bakı vaxtilə 19:30 radələrində vurulub.

Hücum nəticəsində itkin düşənlər olsa da, onlar tapılıb, lakin vəziyyətləri ağırdır.

***

Gəminin kapitanı bildirib ki, Ukrayna hücumda 6-7 PUA-dan istifadə edib. Hücum nəticəsində gəmidə yanğın baş verib, 4 nəfər yaralanıb.



Xəbər xətti