ABŞ-dan pozitiv ANONS - Yaxın günlərdə İranla razılaşma əldə oluna bilər

16:17 4 Avqust 2026

Hörmüz boğazı ilə bağlı İranla razılaşma yaxın günlərdə əldə oluna bilər. 

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

O qeyd edib ki, Hörmüz boğazının yenidən tam açılması ilə bağlı İranla bu gün və ya sabah razılıq əldə oluna bilər. Belə ki,  tərəflər arasında danışıqlar davam edir və münaqişənin gərginliyini azaltmaq üçün irəliləyiş var.

Bessent əlavə edib ki, razılaşma boğazda gəmilərin sərbəst hərəkətini təmin edəcək.  Son günlərdə bölgədə risklər qalsa da, artıq bir sıra gəmilər boğazdan keçməyə başlayıb.

Səid,

Sitat.info 



Xəbər xətti