Rusiya və Suriya birbaşa uçuşları bərpa edir

18:00 4 Avqust 2026

Suriyanın “Syrian Airlines” aviaşirkəti Rusiyaya və əks istiqamətə birbaşa uçuşlara başlayır.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb. 

Bildirilib ki, avqustun 16-dan şirkət təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Dəməşqə reys həyata keçirəcək.

Uçuş müddəti 4 saat 50 dəqiqə davam edəcək.

Qeyd edək ki, Suriya və Rusiya arasında birbaşa hava əlaqəsi 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra dayandırılmışdı. Həmin dövrə qədər isə iki ölkə arasında reysləri “Syrian Air” və “Cham Wings” aviaşirkətləri yerinə yetirirdi.



Xəbər xətti