UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar

19:10 4 Avqust 2026

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya limitini artırıb.
 
Sitat.info Report-a istinadla xəbər verir ki, bundan sonra növbəti matçı buraxmaq cəzası qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqədən sonra tətbiq olunacaq.
 
Növbəti diskvalifikasiyalar isə hər müvafiq cüt saylı – 6-cı, 8-ci və daha sonrakı xəbərdarlıqlardan sonra qüvvəyə minəcək.
 
Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməyəcək. Burada cəza 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra tətbiq ediləcək.
 
UEFA bu dəyişikliyi 2024/2025 mövsümündən etibarən qüvvəyə minən avrokubok islahatları ilə əsaslandırıb. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində matç sayının 6-dan 8-ə qaldırılması səbəbindən əvvəlki sistem vərəqə limitinin aşılmasına görə diskvalifikasiyaların çoxalmasına gətirib çıxarırdı.
 
Qeyd edək ki, yeni qaydalar əsas mərhələsi 6 matçdan ibarət olan UEFA Konfrans Liqasında da keçərli olacaq. Qitə futbol qurumu bunu qış "transfer pəncərəsi"ndə futbolçuların müxtəlif avrokubok iştirakçıları arasında keçid edə biləcəyi ehtimalı ilə izah edib.



Xəbər xətti