Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.
Sitat.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 5-də şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
Xatırladaq ki, Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.