Filippin sahillərində güclü zəlzələ oldu

10:07 5 Avqust 2026

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, episentr Saranqani əyalətindən 24 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib



Xəbər xətti